450 metrlik yüksəklikdə uçurumun üzərində
   
   Amerikalı məşhur kəndirbaz Nik Vallenda 450 metr yüksəklikdə çəkilmiş, uzunluğu 430 metrə yaxın olan metal burazla (tros) Arizona ştatındakı Böyük Kanyon (Qrand-Kanyon) uçurumunun üzərindən keçib. O, 5 sm qalınlığı olan metal buraz üzərində yolu 22 dəqiqəyə qət edib. Ən maraqlısı budur ki, kəndirbaz bu zaman heç bir təhlükəsizlik qurğusundan istifadə etməyib. Vallendanın növbəti “ölüm nömrəsi” Discovery telekanalı tərəfindən canlı yayımlanıb.
   Məşhur kəndirbaz bu tryukun icrasına təxminən 4 il hazırlaşıb. O, son məşqlərini bir neçə həftə əvvəl Florida ştatında edib. Məşqi real şəraitə yaxınlaşdırmaq üçün orada sürəti saatda 80 kilometrə çatan güclü süni külək yaradılıb.
   Sirkdə kəndirbazlar sülaləsinin nümayəndəsi olan Vallenda kanat üzərində ilk addımlarını iki yaşında ikən atıb. Adı bir neçə dəfə “Ginnesin Rekordlar Kitabı”na düşüb. 2008-ci ildə o, təxminən 40 metr hündürlükdə çəkilmiş kanat boyunca 45 metr məsafəni velosipedlə qət edib.
   Keçən il Vallenda 50 metrdən artıq yüksəklikdə çəkilmiş buraz boyunca Niaqara şəlaləsinin üstündən keçib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar