Ya­po­ni­ya özü­nün qə­dim mə­də­ni ir­si, fes­ti­val ənə­nə­lə­ri, əs­ra­rən­giz tə­biə­ti ilə ya­na­şı, ilin müx­tə­lif fə­sil­lə­rin­də ger­çək­lə­şən ma­raq­lı gül-çi­çək sər­gi­lə­ri ilə də tu­rist­lə­ri cəlb et­mə­yi ba­ca­rır. Bu gün­lər­də Kyo­to şə­hə­rin­də yal­nız ge­cə­lər çi­çək açan gül­lə­rin sər­gi­si də bu­na mi­sal­dır. Kyo­to bo­ta­ni­ka ba­ğı­nın əmək­daş­la­rı hə­min gül­lə­ri tam qa­pa­lı otaq­da yer­ləş­di­rə­rək ge­cə mü­hi­ti ya­rat­mış və bu­nun­la da on­la­rı “al­da­da­raq” gün­düz­lər çi­çək aç­ma­ğa “məc­bur et­miş­lər”.
   Sər­gi­də nü­ma­yiş et­di­ri­lən 20-dən ar­tıq gü­lün ək­sə­riy­yə­ti yer­li növ­lər ol­sa da, on­la­rın ara­sın­da xa­ric­dən gə­ti­ril­miş çi­çək­lər də var. İlk də­fə təş­kil edil­miş sər­gi həm yer­li sa­kin­lər, həm də Kyo­to­nun qo­naq­la­rı tə­rə­fin­dən xü­su­si ma­raq­la qar­şı­la­nıb. Ge­cə çi­çək­lə­ri ilə bə­ra­bər bağ­da Alp dağ­la­rı çi­çək­lə­ri­nin də xü­su­si sər­gi­si təş­kil edi­lib. Bu çi­çək­lər də öz na­dir gö­zəl­lik­lə­ri ilə ba­ğı zi­ya­rət edən­lə­rin diq­qə­ti­ni cəlb edir­lər. On­lar bö­yük ma­raq­la Alp çi­çək­lə­ri­nə də ta­ma­şa edir, şə­kil­lə­ri­ni çə­kir­lər.
   Ar­tıq uzun müd­dət­dir ki, fəa­liy­yət gös­tə­rən Kyo­to bo­ta­ni­ka ba­ğı 1,5 hek­tar sa­hə­də yer­lə­şir və bu­ra­da­kı na­dir bit­ki­lər öz gö­zəl­li­yi ilə ta­ma­şa­çı­la­rı hey­ran edir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar