Çılğın rəqs həvəskarları üçün
   
   Avqustun 24-25-də Yaponiya paytaxtının mədəniyyət mərkəzlərindən biri kimi tanınan Haracukuda təşkil olunan “Super Yosakoy” festivalı öz çılğın rəqsləri ilə Tokio sakinlərini və şəhərin qonaqlarını heyran edib. Bu il 12-ci dəfə keçirilən festivalda Yaponiyanın müxtəlif prefekturalarından 100-ə yaxın rəqs kollektivi qatılıb.
   
   Vətəni Yaponiya olan “Yosakoy” (yapon dilində “Gecə gəlmək” mənasını verir) strit-rəqsin nadir növlərindən biridir. Bu rəqs 1954-cü ildə Koçi şəhərində yaranıb və sürətlə bütün Yaponiyaya yayılıb. Çılğın hərəkətlərlə zəngin olan rəqs özündə ənənəvi “Yosakoy” musiqisinin elementləri ilə yanaşı, rok-n-roll, samba və enka kimi diskoteka musiqisini birləşdirən milli yapon xoreoqrafiyasını əks etdirir. “Super Yosakoy” rəqsinə peşəkar rəqqaslarla bərabər, müxtəlif yaş qruplarından olan insanlar - məktəblilər və pensiyaçılar da böyük məmnuniyyətlə qoşulurlar və bu rəqs, bütün bayramlarda ifa olunur.
   Bu rəqsi digərlərindən fərqləndirən bir cəhət də ifa zamanı istifadə edilən taxta toxmaqlardır. Vaxtilə Koçi prefekturasında bu toxmaqlardan düyü zəmilərində quşları qovmaq üçün istifadə olunurdu. Bundan əlavə, rəqsin maraqlı alınması üçün bəzi qruplar müxtəlif vasitələrdən - barabanlardan, zərb alətlərindən, bayraqlardan istifadə edirlər.
   Yaponiyanın müxtəlif regionlarından gəlmiş beş minədək rəqqasın ifa etdiyi çılğın və hərarətli rəqslər festivala qatılan bütün tamaşaçılarda bayram əhval-ruhiyyəsi yaradır. Möhtəşəm bayramın yaratdığı xoş təəssürat Yaponiya paytaxtının sakinlərinin və çoxsaylı turistlərin yaddaşına əbədi həkk olunur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar