Beynəlxalq arxeoloqlar qrupu belə qənaətə gəlib ki, avropalılar müxtəlif növ ədviyyatdan hələ 7 min il bundan əvvəl istifadə ediblər. Avropalı alimlər Amerika, Afrika və Asiyada tədqiqatlar aparıblar. İndiyədək əldə olan yazılı mənbələrdə miladdan 3 min əvvəl avropalıların xörək hazırlayarkən ədviyyatlardan istifadə etdiyi barədə məlumat verilir.
   Əldə olunan dəlillər ədviyyatlardan istifadənin daha qədim dövrlərə məxsus olduğunu sübut edib. Qazıntılar zamanı alimlər bizim eradan 5 min il əvvəl mətbəxlərdə ədviyyatların işlədilməsinə dair faktlarını üzə çıxarıblar. Danimarka və Almaniya ərazilərində arxeoloji qazıntılar zamanı tapılan qablarda sarımsaq, xardal və digər ədviyyatlar alimlərin 7 min il bundan əvvəl avropalıların ədviyyatlardan istifadə etmələrinə dair söylədikləri fikirləri təsdiq edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar