SSRİ Xalq ar­tis­ti Va­si­li La­no­vo­yun va­li­deyn­lə­ri Uk­ray­na­dan ac­lıq­dan xi­las ol­maq üçün 1931-ci il­də Mosk­va­ya köç­müş­dü­lər. Hə­ya­tı dra­ma­tik mə­qam­lar­la zən­gin olan gə­lə­cə­yin məş­hur akt­yo­ru 1934-cü il yan­va­rın 16-da dün­ya­ya göz açıb, uşaq­lıq il­lə­ri ba­cı­la­rı Va­len­ti­na və Lyud­mi­la ilə va­li­deyn­lə­ri­nin ça­lış­dı­ğı za­vo­dun ya­taq­xa­na­sın­da ke­çib.
   
   Bir də­fə Va­si­li dos­tu Vo­lod­ya ilə gəz­mə­yə ge­dir­lər. Yol­da afi­şa­da oxu­yur­lar ki, Pio­ner­lər sa­ra­yın­da Mark Tve­nin “Tom So­yer” ta­ma­şa­sı gös­tə­ri­lir. Dost­lar ta­ma­şa­ya bax­ma­ğa ge­dir­lər. Gö­rür­lər ki, ta­ma­şa­da oy­na­yan­la­rın ha­mı­sı on­la­rın həm­ya­şıd­la­rı­dır, qə­ra­ra gə­lir­lər ki, on­lar da akt­yor ol­sun­lar. Te­atr rəh­bə­rin­dən xa­hiş edir­lər ki, on­la­rın da ad­la­rı­nı dər­nə­yə yaz­sın.
   Be­lə­lik­lə, Va­si­li sə­nət alə­mi­nə qə­dəm qo­yur. Or­ta təh­si­li­ni ba­şa vu­ran­dan sonra B.Şu­kin adı­na Te­atr Mək­tə­bi­nə da­xil olur. Bu­ra­da o, gə­lə­cək hə­yat yol­da­şı Tat­ya­na Sa­moy­lo­va ilə ta­nış olur və çox keç­mir, on­lar ai­lə qu­rur­lar. Mək­tə­bi bi­tir­dik­dən son­ra isə Y.Vax­tan­qov adı­na Aka­de­mik Döv­lət Teat­rı­na işə qə­bul olu­nur. Bu teatr­da 70-dən çox ta­ma­şada oy­na­yır. An­caq sə­nət­dən fərq­li ola­raq ai­lə hə­ya­tı uğur­lu ol­mur, öv­lad­la­rı ol­ma­dı­ğın­dan 4 il ya­şa­dıq­dan son­ra, 1958-ci il­də Tat­ya­na Sa­moy­lo­va ilə ay­rı­lır.
   Va­si­li La­no­voy ki­no­ya hə­lə tə­lə­bə ikən, 1954-cü il­də “Ka­mal at­tes­ta­tı” fil­mi­nin qəh­rə­ma­nı Va­len­tin Lis­tovs­kin ro­lu­nu can­lan­dır­maq­la qə­dəm qo­yub. Onun za­hi­ri ya­ra­şı­ğı, is­te­da­dı re­jis­sor­la­rın çox xo­şu­na gə­lir. “Po­lad ne­cə bər­ki­di”­də Pa­vel Kor­ça­gin, “Al yel­kən­lər”­də Ar­tur Qrey, “Həm­kar­lar”­da Alek­sey Mak­si­mov, “Hərb və sülh”də Ana­tol Ku­ra­qin rol­la­rın­da çə­ki­lir, məş­hur­la­şır. O, 1967-ci il­də “An­na Ka­re­ni­na” fil­mi­ndə keç­miş hə­yat yol­da­şı Tat­ya­na Sa­moy­lo­va ilə tə­rəf-mü­qa­bil olur. 1973-cü il­də “Ba­ha­rın on yed­di anı” te­le­fil­min­də ge­ne­ral Volf ro­lu­nu can­lan­dı­rır. Akt­yor­luq­la ya­na­şı, B.Şu­kin adı­na Te­atr Mək­tə­bin­də müəl­lim­lik fəa­liy­yə­ti­nə də baş­la­yır.
   Va­si­li La­no­voy ikin­ci hə­yat yol­da­şı - A.S.Puş­kin adı­na Dram Teat­rı­nın akt­ri­sa­sı və te­le­vi­zi­ya re­jis­so­ru Ta­ma­ra Zyab­lo­va ilə 1961-ci il­də ta­nış olur. Hə­min il Krım­da “Al yel­kən­lər” fil­mi­nin çə­ki­liş­lə­ri ge­dir­di, Ta­ma­ra Zyab­lo­va da bu­ra­da sa­na­to­ri­ya­la­rın bi­rin­də is­ti­ra­hət edir­di. Va­si­li re­jis­sor­dan və gə­mi­nin ka­pi­ta­nın­dan xa­hiş edə­rək al yel­kən­lə­ri qal­dı­rıb gə­mi ilə Ta­ma­ra­nın gö­rü­şü­nə ge­dir. On­lar ai­lə hə­ya­tı qur­sa­lar da, xoş­bəxt­lik­lə­ri uzun sür­mür. 1971-ci il­də Ta­ma­ra ma­şın qə­za­sın­da dün­ya­sı­nı də­yi­şir.
   Bun­dan son­ra akt­yor qə­ra­ra gə­lir ki, daha ai­lə hə­ya­tı qur­ma­sın. La­kin bi­r il­dən son­ra, 1972-ci il­də o, akt­ri­sa İri­na Kup­çen­ko ilə ta­nış olur və ev­lə­nir­lər. On­lar ar­tıq 40 il­dir ki, bir yer­də ya­şa­yır­lar. Bu ni­kah­dan əkiz oğul­la­rı dün­ya­ya gə­lir. On­lar­dan bi­ri­nə A.S.Puş­ki­nin şə­rə­fi­nə Alek­sandr, ikin­ci­si­nə isə S.Ye­se­ni­nin şə­rə­fi­nə Ser­gey ad­la­rı­nı qo­yur­lar. Alek­sandr jur­na­lis­ti­ka fa­kül­tə­si­ni, Ser­gey isə iq­ti­sa­diy­yat fa­kül­tə­si­ni bi­ti­rir. Ser­gey 2013-cü il­də 37 ya­şın­da dün­ya­sı­nı də­yi­şir.
   Gör­kəm­li akt­yor isə bu ya­xın­lar­da 80 ya­şı­nı ya­rım əsr­dən çox ça­lış­dı­ğı Y.Vax­tan­qov adı­na Aka­de­mik Döv­lət Teat­rın­da qeyd edib. Ru­si­ya Pre­zi­den­ti Vla­di­mir Pu­tin onu şəx­sən təb­rik edib.
   
   Ha­zır­la­dı: Sə­bi­nə Əli­ba­la­qı­zı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar