“Sot­heby” hər­rac evi­nin növ­bə­ti sa­tı­şı­na çı­xa­rı­lan əsər­lər ara­sın­da II Dün­ya mü­ha­ri­bə­si za­ma­nı na­sist­lər tə­rə­fin­dən oğur­lan­mış, ümu­mi də­yə­ri 1 mil­yon dol­la­ra ya­xın 4 əsər var.
   
   On­lar­dan iki­si - “Qı­zıl gül yı­ğı­mı” və “Mu­si­qi­çi” uzun müd­dət fa­şist Al­ma­ni­ya­sı­nın li­der­lə­rin­dən olan Ger­man Ge­rin­qin şəx­si kol­lek­si­ya­sın­da sax­la­nı­lıb, məş­hur rəs­sam Jan-Ba­tist Pa­te­rə məx­sus­dur. Hər­rac evi əsər­lə­rin ey­ni müəl­li­fə aid ol­du­ğu­nu nə­zə­rə ala­raq də­yə­ri 500 min dol­lar həc­min­də qiy­mət­lən­di­ri­lən rəsm­lə­ri bir­gə sat­ma­ğa qə­rar ve­rib.
   İ­tal­yan rəs­sa­mı Fran­çes­ko Qvar­di­nin “Ve­ne­si­ya­da Piaz­zet­ta mən­zə­rə­si” əsə­ri­nin də­yə­ri isə 200-300 min dol­lar həc­min­də qiy­mət­lən­di­ri­lir. Sö­zü­ge­dən əsər məş­hur mo­del­yer Jak Du­se­yin kol­lek­si­ya­sın­da olub, 1912-ci il­də isə fran­sız ban­ki­rə sa­tı­lıb.
   Fran­sız xey­riy­yə­çi­si, “bö­yük ba­ron” lə­qəb­li ban­kir Ceyms Ma­yer Rot­şil­də məx­sus Pa­te­rin “Mark Fu­ri Ka­mil­la­nın zə­fə­ri” əsə­ri də vax­ti­lə na­sist­lər tə­rə­fin­dən oğur­lan­mış rəsm əsər­lə­rin­dən bi­ri­dir.
   Qeyd edək ki, sö­zü­ge­dən əsər­lər II Dün­ya mü­ha­ri­bə­si za­ma­nı na­sist­lər tə­rə­fin­dən oğur­lan­mış in­cə­sə­nət nü­mu­nə­lə­ri­nin ax­ta­rı­şı ilə məş­ğul olan “Mo­nu­ments Men” (“İn­san­lı­ğın Abi­də­lə­ri”) təş­ki­la­tı tə­rə­fin­dən aş­kar­la­nıb və hə­qi­qi sa­hib­lə­ri­nə qay­ta­rı­lıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar