Sentyabrın 14-də Mədəniyyət və Turizm Nazirliyində ölkəmizdə səfərdə olan Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Freyberqa ilə görüş keçirilib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonağı salamlayaraq, Azərbaycanla Latviya arasında, hər sahədə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Nazir Azərbaycanla Latviya arasındakı dostluq münasibətlərindən danışaraq bildirib ki, ölkələrimizin mehriban münasibətləri zəngin tarixə söykənir.
Xanım Vayra Vike-Freyberqa Bakıya ilk səfərini xatırladaraq budəfəki səfərində paytaxtımızda çox böyük iqtisadi yüksəlişin şahidi olduğunu, şəhərin simasının çox gözəlləşdiyini qeyd edib. Qonaq dövlətimizin başçısı İlham Əliyevin və xanımı Mehriban Əliyevanın ölkəmizin hər sahədə inkişafı istiqamətində gördükləri işləri yüksək qiymətləndirib. Latviyanın sabiq prezidenti bu səfərin iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyinə əmin olduğunu bildirib.
Görüşdə Latviyanın Azərbaycandakı səfiri Hardis Baumanis iştirak edib.