Azərbaycan opera sənətinin və müasir bəstəkarlıq məktəbinin yaradıcısı, dahi bəstəkar Üzeyir Hacıbəylinin 125 illik yubileyi ölkəmizdən kənarda da qeyd olunacaq. Belə tədbirlərdən biri Avstriyanın paytaxtı Vyana şəhərində reallaşacaq. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasından bildiriblər ki, yubiley konserti sentyabrın 19-da bəstəkarın Vyanada ucaldılmış abidəsi önündə keçiriləcək.
   Konsertdə Azərbaycan Dövlət kamera orkestri, xalq artistləri Fərhad Bədəlbəyli, Ramiz Quliyev və Azər Zeynalov, müğənni Fəridə Məmmədova, gənc dirijor Əyyub Quliyev çıxış edəcəklər. Tədbirdə Üzeyir Hacıbəyli, Qara Qarayev, Tofiq Quliyev və digər tanınmış Azərbaycan bəstəkarlarının bənzərsiz musiqisi səslənəcək. 
   






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar