Xəbər verildiyi kimi, 2011-ci ilin aprelində Azərbaycanda Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi nəzərdə tutulub. Bu mötəbər tədbirə hazırlıqla bağlı UNESCO, Avropa Şurası, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrindən ibarət xüsusi işçi qrup yaradılıb. Tədbirlə bağlı müvafiq sənədlərin hazırlanması ilə əlaqədar işçi qrup bir neçə dəfə görüşüb müzakirələr aparıb.
   
   Növbəti görüş sentyabrın 13-14-də Parisdə - UNESCO-nun iqamətgahında keçirilib. İşçi qrup foruma hazırlıqla bağlı görülmüş işləri nəzərdən keçirib, qarşıda duran vəzifələri müəyyənləşdirib.
   İşçi qrupun iclasında iştirak etmiş mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva səfər çərçivəsində bir sıra işgüzar görüşlər keçirib. Fransa Mədəniyyət Nazirliyində baş tutmuş görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin dinamik inkişafı razılıq hissi ilə qeyd edilib. Görüşdə bu sahədə daha sıx əməkdaşlığın perspektivləri müzakirə olunub.
   Nazir müavininin UNESCO-nun katibliyi və Fransanın bəzi rəsmi dairələri ilə keçirdiyi görüşlərdə ölkəmizin qeyri-maddi mədəni irs nümunələrinin UNESCO-nun qeyri-maddi irsin reprezentativ siyahısına daxil edilməsi, Azərbaycan nümayəndəsinin qurumun qeyri-maddi irs üzrə komitəsində çalışması ilə bağlı namizədliyinin təqdimatı, Luvr Muzeyi ilə əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar