Amerikalı qadın rəssam Corciya O"kifin “Datura” (“Ağ çiçək №1”) adlı rəsm əsəri Nyu-Yorkdakı “Sotheby"s” hərrac evində 44,4 milyon dollara satılıb. Bu əsər qadın tərəfindən yaradılmış ən bahalı sənət nümunəsidir.
Bundan əvvəlki rekord amerikalı qadın rəssam Coan Mitçelə məxsus idi. Onun “Adsız” (1960) adlı abstrakt əsəri bu ilin mayında Christie"s auksion evində 11,9 milyon dollara satılmışdı.
“Datura” əsərinin alıcısının adı açıqlanmır. Bu rəsm hərraca ABŞ-ın Nyu-Meksiko ştatının Santa-Fe şəhərində yerləşən, uzun müddət rəssamın yaşadığı və hazırda onun adını daşıyan Corciya O"kif muzeyi tərəfindən çıxarılıb. “Sotheby"s” 1932-ci ildə çəkilən rəsm əsərinin maksimim 15 milyona satılacağını güman etsə də, nəticə gözlənilənləri üç dəfə üstələyib.
Corciya O"kif (1887-1986) ilk növbədə çiçəklərin əks olunduğu əsərləri ilə məşhurdur. Maraqlıdır ki, rəssam çiçəklərdən zəhləsi getdiyini, lakin onları modellərdən daha ucuz başa gəldiyi üçün çəkdiyini etiraf etmişdi.