Çin Xalq Respublikasının Xarbin şəhərində buz və qar festivalı keçirilir. 1963-cü ildən təşkil olunan ənənəvi festival çoxsaylı turistləri də cəlb edir. “Buz və qar dünyası” sərgisində müxtəlif ölçülərdə mindən çox fiqur və maket nümayiş olunur. Bura hündürlüyü 2-5 metr olan heykəl-fiqurlar, habelə dünyanın müxtəlif yerlərindəki möhtəşəm tarixi abidələrin və memarlıq nümunələrinin buzdan və qardan düzəldilmiş maketləri daxildir. Maketlərin bəzilərinin hündürlüyü 50 metrə, uzunluğu 100 metrə çatır. Festival müddətində 15 milyondan çox yerli və xarici turistin Xarbini ziyarət edəcəyi gözlənilir.
Xarbin dünyanın qış turizm mərkəzlərindən biri hesab olunur. Burada qışda orta temperatur mənfi 20 dərəcə təşkil edir, bəzən mənfi 40 dərəcəyə enir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar