Qədim qala-şəhər iqlim dəyişikliyinin qurbanı ola bilər

Peruda UNESCO-nun dünya irs siyahısına daxil olan, qədim ink tayfalarının şəhəri Maçu-Pikçu iqlim dəyişikliyi nəticəsində məhv ola bilər.
“Euronews” kanalı xəbər verir ki, Peru alimlərinin fikrincə, son zamanlar iqlim daha sərt xarakter alıb: bir tərəfdən temperaturun artması və quraqlıq qalanı məhv edə biləcək meşə yanğınları təhlükəsi yaradır, digər tərəfdən isə yağıntı miqdarının kəskin artması qədim şəhər üçün yaxşı heç nə vəd etmir.
Yağış mövsümündə Maçu-Pikçuya adətən 2000 millimetr yağıntı düşür. Güclü yağışlar zamanı yaranan daşqınlar qədim şəhəri dağıda bilər. Dörd il bundan əvvəl güclü leysan nəticəsində baş verən sürüşmə qədim şəhərə aparan yeganə dəmiryol xəttinin qarşısını kəsmişdi. O vaxt 4 min turist helikopterlərin köməyi ilə xilas edilmişdi.
Qeyd edək ki, hər il Maçu-Pikçunu milyon nəfərə qədər insan ziyarət edir. Hazırda qədim şəhərin yerləşdiyi dağda iqlimin və turistlərin tikililərə təsirini ölçən xüsusi məntəqələr fəaliyyət göstərir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar