2014-cü ildə “Ginnesin rekordlar kitabı”na daxil olan əsas altı nailiyyət açıqlanıb. Nəşrin saytında yer alan məlumata görə, siyahıya Rusiya, Portuqaliya, Fransa, ABŞ və Yaponiya sakinlərinin rekordları daxil edilib.
Əsas rekordçular sırasında butulka qapaqlarından çəllək formasında nəhəng mozaika düzəldən Rusiya və Fransa vətəndaşlarının komandaları yer alıb. Kompozisiya 150 kvadratmetr sahəni əhatə edir. Onun hazırlanması üçün 285 min qapaq və 270 kiloqram yapışqan lazım olub. “Nəhəng çəllək” adlı mozaikada qədim yunan tanrıları, Sankt-Peterburq və Bordo şəhərlərinin görüntüləri əks edilib. Bu iş 2014-cü ilin yayında Fransada nümayiş olunub.
Rekordçuların sırasına ümumilikdə 41 gündə 7 marafon qaçışı etmiş Portuqaliya sakini Mariya Konseykao və iplə 23,78 saniyəyə 100 dəfə tullanmış amerikalı Piter Nestler də daxildir.
Bundan başqa, “Ginnesin rekordlar kitabı” Dallas stadionunda Filippinin tiniklinq ayin rəqslərini birgə oynayan 344 nəfəri də qeyd edib. Siyahıya Yaponiyadan iki nailiyyət - dağların təsvir edildiyi və lobyalardan ibarət nəhəng mozaikanın olduğu taxta stend - fotoçəkiliş üçün dünyada ən böyük fon daxil edilib.
Bu nailiyyətlərin siyahısı “Ginnesin rekordlar kitabı”nın saytında səsvermənin nəticələrinə əsasən hazırlanıb. Saytın ziyarətçiləri sadalanan altı rekordun müəllifləri sırasından birini qalib seçəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar