Martın 28-də dünyanın müxtəlif ölkələrində artıq ənənə halını alan “Yer saatı” (Earth Hour) aksiyası keçirilib. Dünya Vəhşi Təbiət Fondunun (WWF) təşəbbüsü ilə keçirilən aksiya Ficidə başlayaraq Samoada başa çatıb. Builki “Yer saatı” (Earth Hour) aksiyasında dünyanın 170 ölkəsində 2 milyarddan çox insan iştirak edib.
Asiyanın bütün meqapolislərində əsas abidələrin işıqları söndürülüb. Rusiyanın paytaxtı Moskvada Kreml binası, Fransanın paytaxtı Parisdə Eyfel qülləsi, Britaniyanın paytaxtı Londonda məşhur Ritzh otelinin lövhəsi, daha sonra isə ABŞ-ın Nyu-York şəhərində Times Square, Empire State Building və BMT-nin mənzil-qərargahının binaları qaranlığa qərq olub.
Aksiya çərçivəsində Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzi hissəsində yerləşən böyük binaların fasad işıqları da bir saat ərzində söndürülüb və simvolik şamların yandırılması mərasimi keçirilib.
Qeyd edək ki, ilk dəfə 2007-ci ildə keçirilən “Yer saatı” aksiyasının məqsədi ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaratdığı təhdidlərə yönəltməkdir. Hər il keçirilən aksiya zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları yerli vaxtla saat 20.30-da bir saatlıq söndürülür.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar