Şotlandiyanın paytaxtında dünyanın ən böyük səhnə sənətləri festivalı sayılan Edinburq beynəlxalq festivalı keçirilir. Festival ənənəvi olaraq hər il avqustda keçirilir və təxminən bir ay davam edir.
Bu il avqustun 7-də başlanan festival bir çox cəhətdən unikaldır. Burada eyni vaxtda teatr, opera, rəqs və musiqi sənəti təqdim edilir. Festival dünyanın bir çox ölkələrinin aparıcı yaradıcı kollektivlərinin ifasında klassik, orkestr, kamera, vokal musiqisi konsertlərini, teatr tamaşalarını, operanı, rəqs şousunu, baleti əhatə edir.
Edinburq festivalı dünyanın ən böyük festivalı kimi “Ginnesin rekordlar kitabı”na daxil edilib. Festival 1947-ci ildə İkinci Dünya müharibəsindən sonra Avropa incəsənətinin humanitar ruhunun dirçəldilməsi, habelə ümumavropa dəyərləri və mədəniyyətinin dəstəklənməsi məqsədilə təsis edilib.
Burada ənənəvi olaraq Şotlandiya Simfonik və Kamera Orkestri, Finlandiya Radiosu Simfonik Orkestri, Klivlend və Minnesota orkestrləri, Sidney Simfonik Orkestri, Rusiya Milli Orkestri və digər dünya şöhrətli kollektivlər çıxış edir.
Rəsmi proqramla yanaşı, “qeyri-formal” hissəsi olan “Fringe” festivalı da keçirilir. Bu, arzu edən bütün kollektivlərin iştirak edə biləcəyi eksperimental ifaçılıq sənəti festivalıdır. Ənənəvi olaraq, bu, Edinburq festivalından bir həftə əvvəl və ya onunla eyni vaxtda başlayır və avqustun sonunda başa çatır.
Geniş proqramda açıq havada küçə tamaşaları da yer alıb. Festivalın əsas hadisələrindən biri “Military Tattoo” hərbi orkestrlərinin keçirdiyi axşam paradlarıdır. Bu paradlarda dünyanın 30-dan çox ölkəsinin orkestrləri məharətlərini göstərirlər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar