Sentyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində Sinqapurun “T’ANG” simli kvartetinin konserti ilə “Üzeyir Hacıbəyli-125” Beynəlxalq musiqi festivalına yekun vurulub. Dahi Azərbaycan bəstəkarının 125 illik yubileyinə həsr olunmuş festivalın sonuncu konsertində L.Bethovenin, S.Barberin və F.Əlizadənin əsərləri səslənib.
   Dörd ifaçı ilə təmsil olunan “T’ang” kvarteti Sinqapurun ilk simli kvartetidir. 1992-ci ildə yaradılmış kvartet 1999-cu ildən geniş konsert fəaliyyətinə başlayıb. İfaçıların soyadlarının əksi olan “T’ANG” adı Tanq sülaləsi mədəniyyətinin qızıl dövrünü simvolizə edir. Dünyanın bir çox ölkələrində uğurla çıxış edən kvartet bir sıra beynəlxalq müsabiqələr laureatıdır. Festivalın sonuncu konsertinin proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar