Britaniya kraliçası 89 yaşlı II Elizabet sentyabrın 9-da monarxiya tarixində ulu nənəsi kraliça Viktoriyanın rekordunu yeniləyib. Həmin günədək Britaniya tarixində ən uzunömürlü hakimiyyət 63 il, 7 ay və 2 gün taxtda əyləşmiş kraliça Viktoriyanın (1837-1901) dövrü sayılırdı. 9 sentyabrdan sonra bu tarixi birincilik II Elizabetə keçib.
89 yaşlı kraliça həmin gün Tvidbenk kəndində dəmiryol stansiyası binasının təntənəli açılışında iştirak edib. Britaniya parlamentində isə tarixi gün münasibətilə təntənəli mərasim keçirilib. Kraliçanın göstərişi ilə həmin gün Bukingem sarayının qapıları turistlər, eyni zamanda xarici telekanallar üçün də açıq olub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar