Ankarada məşhur fotoqrafın sərgisi açılacaq

Sentyabrın 15-də Ankarada məşhur fotoqraf, illər öncə "Əfqan qızı" fotosu ilə şöhrət qazanan Stiv Makkurinin (Steve Mccuri) sərgisi açılacaq.
Bir çox mükafatlara sahib olan fotoqraf türkiyəli sənət həmkarları ilə bir araya gələcək. Sərgidə son 30 ildə sənətkarın dünyada hərbi münaqişələrin baş verdiyi nöqtələrdə çəkdiyi şəkillər təqdim ediləcək.
Fotoqrafın 1985-ci ildə çəkdiyi və həmin ildə "National Geographic" jurnalının üz qabığında dərc olunan "Əfqan qızı" fotosu dünyanın hər bir nöqtəsində bəyənilib və fotojurnalistə şöhrət gətirib. Qeyd edək ki, Stiv Makkuri 2001-ci ildə çətin araşdırma nəticəsində həmin əfqan qızını taparaq fotosunu təkrar çəkib.
Ankaradakı sərgidə hərbi münaqişələr və müharibələrdə çəkilən fotolarla yanaşı, "Əfqan qızı" fotosu da nümayiş olunacaq. Sərgi sentyabrın 16-dan dekabrın 13-dək yerli və xarici turistlər üçün açıq olacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar