Məşhur Amerika aktrisası Merilin Monronun (1926-1962) rəssam Endi Uorhol tərəfindən çəkilmiş portreti noyabrın 10-da Nyu-Yorkun “Christie"s” hərracında satışa çıxarılıb. Amerika pop-art istiqamətinin banisinin “Dörd Merilin” rəsm əsəri hərracda 36 milyon dollara öz alıcısını tapıb.
“Christie"s” satış evi pop-art, minimalizm, abstrakt ekspressionizm və konseptualizm kimi istiqamətlər üzrə XX əsrin görkəmli sənət əsərlərinə həsr olunmuş satış həftəsini davam etdirir.
Həmçinin hərracda Luiz Burjuanın monumental “Hörümçək” əsəri 28,2 milyon dollara, Lüsyen Freydin “Briqadir” (Endryu Parker-Boulzun portreti) əsəri 34,8 milyon dollara və Co Bredlinin “Üç kişi” əsəri müəllif üçün rekord qiymətə - 3 milyon dollara satılıb.
Noyabrın 10-da təşkil olunmuş “Müharibədən sonrakı və müasir sənət” hərracında alıcılara 70 lot təqdim olunub ki, onlar da ümumilikdə satış evinə 332 milyon dollar gəlir gətirib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar