Çexiyada Moravski Krumlov şəhərinin qəsri hərraca qoyulub. Tarixi obyektin başlanğıc qiyməti 14 milyon kron (təxminən 400 min avro) müəyyən edilib. Hərracda şəhər meriyası iştirak edəcək. Meriya ümid bəsləyir ki, qəsri alacağı təqdirdə ondan sənət əsərlərinin, o cümlədən əvvəllər orada saxlanmış Alfons Muxanın “Slavyan epopeyası” monumental əsərinin nümayiş olunduğu sərgi kompleksi kimi istifadə edilməsini davam etdirəcək.
Bina hazırda çətin maliyyə durumunda olan “Reality MK” şirkətinə məxsusdur. Qədim qalanın yerində intibah üslubunda ucaldılmış qəsr Cənubi Moraviyanın əsas tarixi-memarlıq abidələrindən biridir. Yerli hakimiyyət orqanları obyektin yenidən qurulmasını başa çatdırmağı planlaşdırır. Hazırda binanın ancaq bir hissəsi bərpa edilib.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar