İtaliyanın paytaxtı Roma şəhərində qaz xətti quraşdırmaq üçün qazıntı işləri aparan fəhlələr iki min yaşı olan otaq tapıblar. Onlar əvvəlcə bunun yeraltı dəlik olduğunu düşünüblər. Sonradan məlum olub ki, aşkarladıqları qədim dövrə aid otaq imiş.
Fresklərlə bəzədilmiş və suvanmış otaq vaxtilə Horti Lamiani və ya Lamian bağçaları kimi tanınan ərazidəki evin bir hissəsi olub. O dövrdə imperiya əmlakına çevrilən bağça illər sonra bir sıra heykəltəraşlıq nümunələrinin, fresklərin və arxeoloji tapıntıların qorunub saxlandığı muzey kimi fəaliyyət göstərməyə başlayıb.
İtaliya arxeoloqları deyirlər ki, küçənin altında qədim dövrə aid otaq tapmaq nadir hallarda rast gəlinən hadisədir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar