Çinin şimal-şərqində yerləşən Xarbin şəhərində ənənəvi Beynəlxalq Qar və Buz Festivalına start verilib.
Festivalın keçirildiyi parka dünyanın hər yerindən çoxlu sayda turist gəlir. Buzdan düzəldilmiş bina və qəsrlər, cizgi film qəhrəmanlarının heykəlləri, müxtəlif fiqurlar ziyarətçilərdə xüsusi maraq yaradır.
Festivalın təşkil olunduğu ərazi böyüklüyünə görə əvvəlki rekordu yeniləyib və parkın yaradılması üçün 330 min kubmetr qardan istifadə olunub. Üç ay müddətində on min insanın əməyi sayəsində ərsəyə gəlmiş parkda keçirilən festival hava şəraitindən asılı olaraq bir aydan üç ayadək davam edə bilər. Festival ilk dəfə 1963-cü ildə keçirilib.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar