Fevralın 8-də Şərq ölkələrinin ay təqvimi ilə yeni il başlanıb. Yeni ilin başlaması xüsusən də Çində böyük təmtəraqla qeyd olunur.
Şərq təqviminə uyğun olaraq bu il “Qırmızı meymun ili”dir. Çin yeni ili bir çox ənənələri və ritualları ilə də zəngindir. İnsanlar yeni ilə bir neçə gün əvvəldən hazırlaşır, hədiyyələr alır, bayramın rəmzlərini əks etdirən suvenirlər hazırlayırlar. Evlər, küçə və meydanlar, parklar kağızdan hazırlanmış qırmızı fanarlarla bəzədilir, qapı və pəncərələr qırmızı rənglə boyadılır. Bayram günü qırmızı geyinmək də növbəti ildə uğurlara yol açır.
Yeni il bayramı 15 gün davam edir və həmin müddətdə süfrəyə qoyulan hər bir yeməyin öz mənası var. Bu günlər evlərdə əsasən dəniz məhsulları, müxtəlif şirniyyatlar yeyilir. Adətə görə, bayram süfrəsində boş yer olmamalıdır. Çinlilərin sadiq qaldığı bir neçə adət var. Bunlar bayramın ilk günü ət yeməmək və saçları yumamaqdır. Onların fikrincə, ət insandan xoşbəxtliyi uzaqlaşdırar, saçın yuyulması isə yeni ildə bütün uğurları yuyub aparar. Bayram günləri qonaq getmək, böyüklərə baş çəkmək olduqca vacibdir.
Bayram axşamı fişənglər atılır. Qədim inanclara görə, bununla pis ruhlar qovulur, əvəzində hər bir evdə xoşbəxtlik və əmin-amanlıq yaranır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar