Ailə-məişət öhdəliklərinin ədalətli bölünməsi ilə məşğul olacaq

Tanınmış Amerika aktrisası Enn Heteuey (Anne Jacqueline Hathaway) “BMT-qadınlar” strukturunun xoşməramlı səfiri təyin edilib.
Hollivud ulduzu yeni vəzifəsində iş yerlərində gender bərabərliyi və məişət öhdəliklərinin bölünməsində ədalət prinsipinin önə çəkilməsi məsələləri ilə məşğul olacaq.
O deyib: “Gender bərabərliyinə töhfə verə bilmək fürsəti məni sevindirir və ruhlandırır”.
Aktrisa xoşməramlı səfir vəzifəsində həm ananın, həm də atanın valideynlik məzuniyyətinə çıxması, habelə uşağa qulluq üçün əlçatan xidmətlərin tətbiqi imkanlarını reallaşdırmağa çalışacaq.
“BMT-qadınlar” strukturunun icraçı direktoru Fumzile Mlambo-Nquka aktrisanın xoşməramlı səfir təyin edildiyini elan edərkən bildirib ki, qadının cəmiyyətdə və ailədə rolu ilə bağlı kök salmış ədalətsiz stereotiplərə son qoymaq vaxtı çatıb.
O deyib: “Atanın uşağa baxmaq üçün məzuniyyət götürə bilməməsi ilə bağlı stereotiplər köhnəlib. Onlar bizə köhnə modeldən miras qalıb. Onda ailəni yalnız kişi dolandırırdı. Müasir dünyada belə stereotiplərə yer yoxdur”.
BMT-nin Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, ərsiz və övladsız qadınlarla müqayisədə uşaqlı qadınlar daha az məvacib alırlar. Analıq işləyən qadınlara baha başa gəlir. Onlar analıq məzuniyyətinə getməyənlərin bir çox üstünlüklərindən məhrum olurlar.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar