Buzlaqda piano gecəsi

Dünya şöhrətli İtaliya bəstəkarı, pianoçu Lüdoviko Einaudi “Qütblər üçün ağı” (“Elegy for the arctic”) adlı bəstəsini Norveç buzlaqlarında ifa edib.
Şimal qütbündə Svalbard bölgəsindəki Wahlenbergbreen buzlağının qarşısında, buzun üzərində inşa edilən asma meydançada ifasını gerçəkləşdirən sənətçi əsərini bəstələyərkən bu buzlaqların qorunması üçün səsini ucaldan 8 milyon insandan ilhamlandığını bildirib.
Dünyanın ən böyük ətraf mühit təşkilatlarından hesab edilən “Greenpeace” tərəfindən facebook sosial şəbəkəsində paylaşılan videoda okeanın və buz uçqunlarının görüntüləri ecazkar mənzərəsi ilə seyrçilərin marağına səbəb olub.
1955-ci ildə İtaliyanın Turin şəhərində anadan olan Lüdoviko Einaudi Milan Konservatoriyasını bitirib. O, neoklassik musiqinin banisi hesab olunur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar