İspaniyada ənənəvi "San Fermin" festivalı keçirilir

İspaniyanın şimalındakı Pamplona şəhərində öküzlərin insanlarla birlikdə küçədə qaçması ilə məşhur olan “San Fermin” festivalına start verilib.
9 gün davam edəcək festivalın keçirilməsinə 2 milyon avroya yaxın vəsait ayrılıb. Festival son 10 ildə bölgə iqtisadiyyatına 740 milyon avrodan çox xeyir gətirib. “San Fermin”i 12 ölkədən 400-dək jurnalist işıqlandırır.
Axşam arenaya çıxacaq öküzlər hər səhər şəhərin içindəki 850 metrlik yolda insanlarla birlikdə qaçır. 18 yaşdan aşağı olanların iştirakına icazə verilməyən bu qaçışlarda bu günə qədər 15 adam ölüb, 200-dən çoxu yaralanıb. 17 min nəfərin qatıldığı festivalda asayişi 3 mindən çox polis qoruyur. Festival iyulun 14-də başa çatacaq.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar