Amerikalı məşhur kinoaktrisa Merilin Monronun saçları hərracda satılacaq.
Aktrisanın saçının bir hissəsi bu ilin payızında Los-Ancelesdə keçiriləcək hərracda satışa çıxarılacaq. İndiyə qədər Frida Hollun şəxsi kolleksiyasında ultrabənövşəyi şüa buraxmayan xüsusi qutuda saxlanılan saçların başlanğıc qiyməti 6-8 min dollardır.
Frida Holl uzun müddət Merilin Monronun saç ustası olub və bu saçları aktrisa özü ona hədiyyə edib.
Hərracdan əvvəl saç olan qutu "Kuin Meri-2" okean laynerinin göyərtəsində nümayiş olunacaq. Hərracın qalibinə saçların həqiqiliyini təsdiq edən sertifikat da təqdim ediləcək. Hərracda Monronun bir neçə libası da satışa çıxarılacaq.
Qeyd edək ki, amerikalı kino aktrisası, müğənni və model olan Merilin Monro 1950-1960-cı illərin əvvəllərində ən populyar kino ulduzlarından olub. Karyerasının sonlarına doğru nailiyyətləri daha da artıb. Cəmi 36 il ömür sürmüş Monro 1962-ci ildə aşırı miqdarda yuxu dərmanı qəbul edərək intihar edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar