Məşhur “Xaç atası” filminin səhnələrinin çəkildiyi Los-Anceles dairəsində yerləşən malikanə 195 milyon dollara satışa çıxarılıb.
1925-ci ildə Los-Ancelesin qərbindəki məşhur Beverli-Hillz rayonunda tikilən həmin bina ABŞ-da və dünyada ən bahalı daşınmaz əmlaklardan biridir. Malikanənin iki hektarlıq ərazisində gecə klubu və kinoteatrın da daxil olduğu 6 tikili yerləşir. Yaşayış kompleksi isə 28 yataq otağından ibarətdir.
Kolorado çayının aşağı axarındakı “Quver” bəndinin tikintisində iştirakı ilə məşhurlaşan amerikalı memar Qordon Kaufmanın layihələndirdiyi malikanədə, həmçinin gözəl bağçalar, iki tennis kortu, hovuz və qonaqları qəbul etmək üçün 400 nəfərlik zona var. Son zamanlar ayı 600 min dollara kirayə verilən daşınmaz əmlakın hazırkı sahibi investor Leonard Ross onu əvvəlki qiymətindən 30 milyon dollar baha satmaq fikrindədir.
ABŞ-ın 35-ci prezidenti Con Kennedi və onun həyat yoldaşı Jaklin 1953-cü ildə bal ayını bu malikanədə keçiriblər. Əfsanəvi “Xaç atası” filminin bir neçə səhnəsi də burada çəkilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar