İtaliya hökuməti 18 yaşına çatan gənclərə bu münasibətlə 500 avro məbləğində birdəfəlik mədəniyyət bonusu ödəmək barədə qərar qəbul edib. “Corriere della Serra” qəzetinin məlumatına görə, gənclər xüsusi vauçer şəklində veriləcək bu məbləği - kitablara, kino və teatra, sərgilərə, digər mədəni tədbirlərə bilet almağa, milli park və muzeylərə ziyarətlərə xərcləyə bilərlər.
Aksiya sentyabrın 15-də başlayacaq və 2016-cı il dekabrın 31-dək davam edəcək. Hesablamalara görə, bu il 18 yaşı tamam olan 575 min qız və oğlan hökumətin mədəniyyət hədiyyəsini alacaq və bu eksperiment 287,5 milyon avroya başa gələcək.
“Bu aksiya gənclərə mədəni tələbatın hər bir insanın şəxsiyyət kimi zənginləşməsində və cəmiyyətin möhkəmlənməsində nə dərəcədə vacib olduğunu xatırladacaq”, - deyə hökumət təmsilçisi Tommazo Nanniçini bildirib. Ötən il keçirilmiş sorğu-tədqiqatın nəticələrinə görə, italyanların 60 faizi kitab oxumur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar