Los-Ancelesdə televiziya sahəsində nailiyyətlərə görə «Emmi» mükafatının 68-ci təqdimat mərasimi keçirilib. Amerika Televiziya Akademiyası bu il sürpriz etmədən əksəriyyətin gözlədiyi nəticələri açıqlayıb.
Ən yaxşı dramatik serial nominasiyası üzrə qalib, ötən il olduğu kimi, bu dəfə də «Taxt-tac oyunu» seçilib. «Taxt-tac oyunu» serialı bir həftə öncə kreativ «Emmi» mükafatında (Creative Arts Emmys) 9 nominasiyada qalib olmuşdu. Əsas mərasimdə ekran əsəri 3 mükafata (ən yaxşı dramatik serial, ən yaxşı serial rejissoru və ssenarisi) layiq görülüb.
Ən yaxşı komediya nominasiyasında yenidən baş rolda Julia Louis-Dreyfusun iştirak etdiyi «Vitse-prezident» siyasi satirası qalib olub. 2012-ci ildən HBO kanalında yayımlanan serialda vitse-prezident vəzifəsini tutan qadının çətin həyat hekayəsindən bəhs olunur.
«Vitse-prezident»ə daha bir mükafat «Ən yaxşı komik aktrisa» nominasiyası üzrə təqdim edilib. Bu mükafata sayca beşinci dəfə Julia Louis-Dreyfus layiq görülüb.
Ancaq mükafatların sayına görə qalib FX telekanalının «Amerika cinayətlərinin tarixi» mini-serialı olub.
Serialın birinci mövsümü adam öldürməkdə ittiham olunan Amerika futbolunun ulduzu və məşhur aktyor O.Jay Simpsona həsr olunub.
«Xalq O.Jay Simpsona qarşı» miniserialı eyni zamanda ən yaxşı aktyor fəaliyyəti nominasiyalarında mükafatlandırılıb. Kortni B. Vens - ən yaxşı aktyor, Sara Polson - ən yaxşı aktrisa, Sterlinq K. Braun - ən yaxşı ikinci plan aktyoru.
Ən yaxşı dramatik aktyor mükafatını USA Network kanalının «Mister Robot» serialında çəkilən Rami Malek qazanıb. BBC Amerika kanalında «Qara körpə» serialında oynayan Tatyana Maslani dramatik serialın ən yaxşı qadın aktrisası seçilib.

İlona Qubadova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar