Məşhur mahnının tarixçəsi
   
   Bu mahnının musiqisi də, müxtəlif dillərdə səslənən sözləri də çoxlarına tanışdır. Söhbət “Ad günün mübarək” (Azərbaycanca), “İyi ki doğdun”, “Mutlu yıllar sana” (türkcə), “Happy birthday” (ingiliscə) şəklində söylənən məşhur mahnıdan gedir. Lakin dünyada indiyə qədər uşaqdan böyüyə milyonlarla insanın doğum günü şənliklərində səslənən bu mahnının tarixçəsini çoxları bilmir. Bu mahnı yaradılarkən doğum günlərində söylənəcəyini heç kim düşünməmişdi. 1893-cü ildə ABŞ-ın Kentukki ştatında iki bacı tərəfindən yazılan bu mahnının orijinalı “Good Morning to All”, yəni “Hər kəsin sabahı xeyir” şəklində idi. Mahnının musiqisinin müəllifi Milderd Hill kilsədə orqan, konsertlərdə isə piano ifa edirdi. Mahnının sözlərini onun kiçik bacısı Patti yazmışdı. Milderd Hill heç təsəvvür belə etməzdi ki, rəhmətə getdikdən (1916) bir neçə il sonra bəstələdiyi mahnı “Happy birthday” adı altında ifa edilməyə başlanacaq və şöhrət qazanacaq.
   Hill ailəsi mahnının müəllif haqqını 1893-cü ildə almışdı. Ancaq Robert Koleman adlı biri, mahnının musiqisindən istifadə edərək sözlərini “Happy birthday to you” olaraq dəyişdirdi. Mahnı o zaman o qədər yayıldı ki, bəstəkarları belə unuduldu. Nəhayət, doğum günü mahnısı şəklində Brodveydə bir şənlikdə istifadə ediləndən sonra o vaxtadək səsi çıxmayan Hill ailəsinin üçüncü övladı Cessika məhkəməyə müraciət etdi. Bəstənin həqiqətən onların ailəsinə aid olduğunu isbat etdi.
   Bundan sonra kommersiya məqsədi ilə istifadə edildiyi hər yerdə Hill ailəsinə təzminat ödənilməsi lazım idi. Bu xəbər bütün dünyanı şoka saldı. Telefonla yarım milyon insana doğum günlərində melodiyanı dinlədən reklam və satış şirkətləri bundan vaz keçdilər. Şənlik təşkilatçıları bu musiqi parçasını repertuarlarından çıxartdılar, ya da mahnı şəklində deyil, şeir şəklində söylətdilər.
   Onlar təzminat ödəmək üçün yollar axtararkən, Patti Hill 78 yaşında uzun sürən bir xəstəlikdən sonra vəfat etdi. Günümüzdə bu mahnının təzminat haqqı “Warner Chappel” musiqi şirkətinə keçdi. Şirkət hər il mahnının kommersiya məqsədilə istifadəsinə görə 1 milyon dollaradək gəlir əldə edir.
   
   Hazırladı:
   Səbinə Məmmədova







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar