8 Mart adına uşaq kitabxanasının əsası 1904-cü ildə köhnə Ramana kəndində qoyulmuşdur. 1959-1960-cı illərdən kitabxana Bakıxanov (keçmiş Razin) qəsəbəsində fəaliyyət göstərməyə başlayıb.
   
   2011-ci ilin yanvarında Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin əmrinə əsasən, 8 Mart adına uşaq kitabxanasının nəzdində Sabunçu rayonu üzrə Mərkəzləşmiş Kitabxana Sistemi yaradıldı. MKS-nin 15 filialı fəaliyyət göstərir.
   MKS-nin müdiri Nəcibə Hüseynova bizimlə söhbətində bildirdi ki, mərkəzləşmiş kitabxana sisteminin yaradılması kitabxanaların fəaliyyətinə müsbət təsir edib: ”Mütəmadi olaraq tədbirlər keçiririk. Uşaq bağçaları və məktəblərlə sıx əlaqələrimiz var. Oxucularla görüşlər, dövlət bayramlarımızın şagirdlərlə birlikdə keçirilməsi kitabxana əməkdaşlarının işlərinə olan maraqlarını daha da artırır. Çalışırıq ki, həm kitab seçimində, həm də məlumatların çatdırılmasında oxucularımıza yaxından köməklik göstərək. Filiallarımızda tez-tez oxucularla görüşlər, müzakirələr, bayram tədbirləri təşkil olunur. Təşkil olunmuş bədii gecələrdə məktəb şagirdlərinin yaxından iştirakı onların kitaba olan marağını artırır. Nümunə olaraq bu yaxınlarda Zabrat qəsəbəsində 81 saylı məktəbin şagirdlərinin iştirakı ilə təşkil olunan ədəbi-bədii gecəni göstərmək olar. Gecədə vətənə məhəbbəti tərənnüm edən şeirlər səslənmiş, sərgi təşkil olunmuşdur. Hər bir filialda məktəblilərə tariximiz, folklorumuz, tanınmış elm və mədəniyyət xadimlərimiz haqqında geniş məlumatlar çatdırılır, vətən sevgisi aşılanır. İnanıram ki, bütün filiallarımız hər zaman olduğu kimi şövqlə çalışacaqlar və gənc nəslin maarifləndirilməsində öz töhfələrini əsirgəməyəcəklər”.
   
   Lalə Azəri 






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar