Bu yaxınların söhbətidir. Bir şairin kitabının təqdimatı idi. Məclisdə jurnalistlərlə birgə mədəniyyət işçiləri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri də iştirak edirdi. Kitabın təqdimatından sonra çay süfrəsi arxasında əyləşib söhbət edirdik. Söhbət mədəniyyət işçilərindən düşəndə şəhər İcra Hakimiyyətinin siyasi partiyalarla iş şöbəsinin müdiri Seyfəddin Rəhimov dedi:
   
   - Mən İcra Hakimiyyəti başçısının humanitar sahələr üzrə müavini işləmişəm. Mədəniyyət sahəsi ilə sıx əlaqədə olmuşam. Bu gün də bu sahə ilə əlaqəm var. Mədəniyyət işçilərini yaxşı tanıyıram. N.Nərimanov adına Mədəniyyət evinin direktoru Felman Lazımov işinin, peşəsinin vurğunudur. O, 1975-ci ildən bu vəzifədə işləyir. 36 il bir igidin ömrüdür. Bu illərdə icra hakimiyyətinin başçıları, şəhər mədəniyyət şöbəsinin müdirləri dəfələrlə dəyişib. Felman Lazımovun işindən heç kim narazılıq etməyib.
   Bülbül adına Uşaq incəsənət məktəbinin direktoru, Əməkdar mədəniyyət işçisi Lətafət Müfidzadə söhbətə qoşulur:
   - Artıq 20 ilə yaxındır ki, mən taleyimi Sumqayıtın mədəniyyəti ilə bağlamışam. Biz bir kollektivin üzvüyük. Seyfəddin müəllimin sözündə həqiqət var. Felman müəllim həqiqətən də mədəniyyətin fədaisidir.
   Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Rafiq Oday isə Felman müəllim haqqında belə deyir:
   - Məncə, şəxsiyyəti, insanı nişan vermək üçün ikicə kəlmə söz də kifayətdir. İnsan var ki, təkcə adının çəkilməsi bəs edir ki, içində xoş duyğular oyansın. Belə insanlara cəmiyyətdə hər zaman ehtiyac duyulur. Mübaliğəsiz deyə bilərəm ki, N.Nərimanov adına Mədəniyyət evinin direktoru Felman Lazımov məhz belə adamdır. Bu illərdə mədəniyyət evinin nəzdində fəaliyyət göstərən bədii özfəaliyyət kollektivlərinin səsi-sorağı ölkəmizdən uzaqlardan, Moskva, Arxangelsk, Sankt-Peterburq, Kiyev və digər şəhərlərdən gəlib.
   Bu söhbətdən sonra Felman Lazımovla N.Nərimanov adına Mədəniyyət evində görüşdük. Burada olan səliqə-sahman ilk baxışdan diqqəti cəlb edir. O dəqiqə hiss olunur ki, mədəniyyət müəssisəsinə peşəsini sevən, bu sahəyə qəlbən bağlanan şəxs rəhbərlik edir. Söhbət zamanı onu da öyrəndik ki, bu ay Felman Lazımovun 70 yaşı tamam olub. Bu illərin yarıdan çoxunu o, şəhər Mədəniyyət evinə rəhbərlik edib.
   Felman Lazımov ölkəmizdə mədəniyyətin inkişafına, mədəniyyət işçilərinə qayğıdan razılıqla danışdı:
   - Mədəniyyət qayğı sevir və hər bir xalq öz mədəniyyəti ilə tanınır. Bu gün hörmətli prezidentimiz İlham Əliyevin, ölkənin birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinə göstərdiyi qayğı göz önündədir. Mədəniyyət ocaqlarının təmir və bərpası, yeni müəssisələrin yaradılması hamımızın ürəyincədir. Sumqayıtda da bu sahədə böyük işlər görülür. Qayğı olan yerdə həmişə müvəffəqiyyət də olur.
   Mən 1975-ci ildən şəhər Partiya Komitəsinin qərarı ilə bu mədəniyyət evinə rəhbərlik edirəm. İnsan ona göstərilən etimadı doğruldanda özündə bir rahatlıq hiss edir, öz işindən zövq alır. Tanrının yazdığı alın yazısından qaçmaq qeyri-mümkündür. Ulu Tanrı məni heç vaxt darda qoymayıb. Müəyyən məqam gələndə adam geriyə baxıb keçdiyi ömür yoluna nəzər salır. Mən keçdiyim ömür yolundan razıyam. Vəzifə əbədi deyil, əsas məsələ odur ki, özündən sonra bir iz qoyasan. Mənim haqqımda xoş sözlər deyirlərsə, mən buna şadam. Mədəniyyətimizin inkişafı üçün bundan sonra da əlimdən gələni edəcəyəm.
   
   İbrahim Abdullayev







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar