Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu Qorqudşünaslıq şöbəsinin əməkdaşı, tərcüməçi-türkoloq, filologiya elmləri doktoru Ramiz Əskər məşhur türkmən şairi Molla Nəfəsin “Seçilmiş əsərləri”ni Azərbaycan dilinə tərcümə etdiyinə görə Türkmənistan prezidentinin “Altun əsr” mükafatına layiq görülüb.
R.Əskər indiyədək Faruq Sümərin “Oğuzlar”, Bahəddin Ögelin “Türk mifologiyası”, Yusif Balasğunlunun “Qutadğu bilik”, Mahmud Kaşğarinin “Divanü lüğət-it-türk” kitabını, Məxdumqulunun əsərlərini, Oraz Yağmurun, Todur Zanetin seçilmiş şeirlərini və XX əsr özbək poeziyası antologiyasını Azərbaycan dilinə tərcümə edib.