Həyatda elə insanlar var ki, vəzifəsi, cəmiyyətdə xüsusi mövqeyi olub- olmamasından asılı olmayaraq başqalarına şəxsi nümunə, örnək göstərilməyə layiqdirlər. Məsələn, elə Gülmayə xanım kimi. O, ailəcanlı, işində peşəkar və bacarıqlı, yoldaşlıqda sədaqətli, təəssübkeş xanımlarımızdandır.
Əliyeva Gülmayə Hətəm qızı 1952-ci il mayın 1-də Oğuz rayonunun Yaqublu kəndində anadan olmuşdur. İlk təhsilini Yaqublu kənd 8 illik məktəbində almış, 1969-cu ildə Oğuz şəhər 2 saylı orta məktəbdə təhsilini başa vurmuşdur. Həmin ilin sentyabrından Yaqublu kənd kitabxanasında əmək fəaliyyətinə başlamışdır. 1978-ci ildə BDU-nun kitabxanaçılıq fakültəsinin qiyabi şöbəsini bitirərək kitabxanaçı-biblioqraf ixtisasına yiyələnmişdir. 1983-cü ildən Oğuz şəhər MKS-də Xidmət şöbəsinin müdiri vəzifəsində çalışır. 2011-ci ildə Oğuz Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən kitabxana işi sahəsindəki nümunəvi fəaliyyətinə görə fəxri fərmana layiq görülmüşdür. 5 oğlu, 5 nəvəsi var.
Rayon Mərkəzi Kitabxanasının kollektivi bu günlərdə ömrünün 43 ilini kitabxana işinə həsr etmiş Gülmayə xanımın 60 illik yubiley tədbirinə toplaşmışdı. Həmkarlar ittifaqının dəstəyi ilə keçirilən tədbirdə bütün iştirakçılar yubilyara cansağlığı və səadət arzuladılar. Mədəniyyət və Turizm Şöbəsi tərəfindən yubilyara fəxri fərman və hədiyyələr təqdim edildi.
Qəsidə Hüseynova,
Oğuz rayonu