Əfsanəvi “Burberry” brendinin tarixi 1856-cı ildən İngiltərənin Həmpşir qraflığının Beysinqstok şəhərində başlayıb. Məhz o şəhərdə Tomas Burberri birinci geyim dükanını açır. 1879-cu ildə dizayner “qabardin” adlandırılan sukeçirməz material texnologiyasını yaradır.
   
   Qabardindən tikilmiş geyimlər tezliklə əhali arasında populyarlıq qazanır, bu növ geyim idmançı və səyahətçilər arasında xüsusilə geniş yayılır. 1891-ci ildə qabardindən tikilən geyimlərə o qədər böyük tələbat yaranır ki, Burberri kiçik dükanını bağlayır və şirkətilə Londona köçərək idman və səyahətçilər üçün topdansatış mərkəzi açır.
   Birinci Dünya müharibəsində Tomas Burberri Britaniya hərbi aviasiyasının sifarişi ilə təyyarəçilər üçün islanmayan plaş tikir. Bu sifariş şirkətə milyonlarla qazanc gətirir.
   Tomas Burberri 1926-cı ildə Beysinqstok şəhərində vəfat edir. Amma buna baxmayaraq, onun qurduğu şirkət və “Burberry” brendi yaşamaqda davam edir. “Burberry”in sadə, effektli rəngləri populyarlığını itirmir. Hətta bir ara brend Böyük Britaniyanın mədəni simvoluna çevrilmişdi. 1980-ci ildə şirkət Amerikada öz mağazalarını açır.
   Sonralar şirkətdə dəyişikliklər baş verir, 2009-cu ildə Emma Uotson şirkətin yeni rəhbəri seçilir. Həmin il “Burberry”in varidatı 1,2 milyard funt sterlinq dəyərində qiymətləndirilmişdi. 150 ildən artıq şöhrətli tarixə malik brendin çantaları, çətirləri, ayaqqabıları, plaşları indi də dəb dünyasında çox populyardır.
   
   Hazırladı: Səbinə Məmmədova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar