Kitab böyük müəllimdir. Bu gün bizdə böyük müəllimə, bilik mənbəyi olan kitablara maraq dünya ölkələri ilə müqayisədə necədir? Demək çətindir. 
   Bu yaxınlarda uşaq jurnallarının birində oxuduğum məlumatı sizlərlə bölüşərək demək istəyirəm ki, bəlkə biz də belə bir metoddan istifadə edərək cəmiyyətdə kitaba maraq yaradaq. Dünyanın bir çox ölkələrində bukkrossinq geniş yayılıb. Bukkrossinq - kitabı oxuyandan sonra onu başqaları ilə təmənnasız bölüşməkdir. İnsanlar oxuduqları kitabları ictimai yerlərdə - metroda, vağzal və aeroportlarda qoyub gedir, digərləri onu götürüb oxuyur, sonra yenidən “itirirlər”.
   Berlində belə “gəzəyən” kitablar üçün saxlanc yerləri - “kitab ağacları” yaradılıb. Bu ağacların “bar”ı kitablardır. İnsanlar simvolik olaraq kitab meşələri adlandırılan bu ağaclara yaxınlaşaraq bəyəndikləri kitabları özləri ilə aparır, başqaları ilə bölüşmək istədikləri kitabları isə orada qoyub gedirlər. Maraqlı deyilmi, lap müddətsiz abonement şöbəsi kimi, nə qədər oxuyursan oxu...
   
   Lalə Azəri 
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar