Ölkəmizdə mədəniyyət siyasəti çərçivəsində həyata keçirilən tədbirlərin düzgün işıqlandırılmasını təmin etmək, yerli jurnalistlərin hazırlıq səviyyəsini artırmaq, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı əlaqələndirmək üçün oktyabrın 26-27-də “Mədəniyyətin və mədəni dəyərlərin təbliğində kütləvi informasiya vasitələrinin rolu” mövzusunda beynəlxalq təlim keçiriləcək.
   Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi tədbirdə Rusiya və Rumıniyadan ekspertlərin iştirakı nəzərdə tutulur. Təlim iştirakçılarına Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sertifikatlar veriləcək.
   Tədbirdə iştirak etmək arzusunda olan mətbuat işçiləri dəvət olunurlar. Əlaqə telefonu: 493-42-94.