Bu günlərdə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə “Mədəniyyətə aid veb-saytların istifadəçi ilə qarşılıqlı təsiri. Tövsiyələr. Vzaimodeystvie veb-saytov po kulğture s polğzovatelem. Rekomendaüii” kitabı işıq üzü görmüşdür.
   
   Kitab mədəniyyət sahəsində çalışan mütəxəssislər üçün böyük töhfədir və “İnformasiya-kommunikasiya texnologiyaları ili”ndə dəyərli vəsait kimi istifadə olunacaq.
   Mədəni irsin rəqəmləşdirməsi üzrə fəaliyyətin koordinasiyası üçün yaradılmış MINERVA Avropa şəbəkəsi 2002-ci ildən işləyir. Rusiyanın Mədəniyyət Nazirliyi bu işdə 2003-cü ildən fəal iştirak edir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi də bu işə qoşulmuşdur.
   “Mədəniyyətə aid veb-saytların keyfiyyətinin prinsipləri” adlı rəhbər vəsait 2006-cı ildə rus dilinə tərcümə olunmuş və dərc edilmişdir. Kitab 2007-ci ildə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmişdir. Nəşrə yazılmış ön sözdə Avropa İttifaqının mədəni və elmi irsin rəqəmləşdirməsi sahəsində siyasəti, proqramları və layihələri, eləcə də MINERVA, MINERVA PLUS və MINERVA EC layihələrinin fəaliyyətinin nəticələri təfərrüatı ilə təsvir edilmişdir.
   Bu işin davamı kimi MINERVA şəbəkəsinin iştirakçıları tərəfindən hazırlanmış, mədəniyyət müəssisələrinin və təşkilatlarının yüksək keyfiyyətli veb-nümayəndəliklərinin yaradılması problemlərinə həsr edilmiş daha bir vəsait - “Mədəniyyətə aid veb-saytların istifadəçi ilə qarşılıqlı təsiri” adlı kitab rus və Azərbaycan dillərinə tərcümə edilərək nəşrə hazırlanmışdır.
   Mədəniyyətə aid internet-resursların istifadəçisi kimdir? Onun hansı maraq və ehtiyacları var? İstifadəçinin ehtiyaclarını tam təmin etmək üçün nə etmək lazımdır? Gəncləri mədəniyyətə aid saytlara və portallara necə cəlb etməli və həmin saytlar və portallar vasitəsilə real kitabxanalardan, muzeylərdən, arxivlərdən istifadə edilməsini necə stimullaşdırmalı? Nəşrdə bu suallara cavab tapmaq olar.
   Mədəniyyətə aid sayt və portallarda müasir internet texnologiyalarının praktik istifadəsinin çoxsaylı nümunələri bu vəsaitin xüsusi dəyərini təşkil edir. Kitabın ön sözündə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yazır: “Şəbəkə resurslarının hörmətli istifadəçiləri! İnternetdə reallaşdırılan istənilən mədəni layihədə müəyyən dəyərlərə istinad edilir. Öz ölkəsinin dünyanın müxtəlif guşələrində formalaşan obrazı üçün, onun yeri üçün məsuliyyəti öz üzərinə götürmək - mədəniyyətin qarşısında duran mühüm məsələlərdən biridir. Bu məsələnin həlli üçün internet çox böyük vasitələr ehtiyatına malikdir. Ölkənin böyüklüyünü, onun möhtəşəmliyini müəyyən edən meyar nə həmin ölkənin ərazisinin ölçüsüdür, nə onun təbii ehtiyatları, nə də sərvətləri. Ölkənin böyüklüyü, möhtəşəmliyi onun xalqına xas olan, bu ölkənin təqdim etməyə hazır olduğu real mədəniyyəti ilə müəyyən edilir. Bu mənada mədəniyyət XXI əsrin tükənməz resursuna çevrilir. Qloballaşma şəraitində məhz bənzərsiz mədəniyyətimiz sayəsində bizim milli identikliyimiz bərqərar olur, məhz onun sayəsində biz informasiya axınında əriyib getmirik. Bizim inkişaf etdirərək zənginləşdirdiyimiz azərbaycançılıq fəlsəfəsinin mahiyyəti də bundan ibarətdir”.
   Ümid edirik ki, bu vəsait kitabxana, muzey və arxiv mütəxəssislərinin, digər mədəniyyət işçilərinin müasir internet texnologiyaları və xidmətlərin səviyyəsi haqqında öz təsəvvürlərini genişləndirməsinə, onların yaratdıqları saytları və portalları təkrar gözdən keçirmələrinə və bu resursları daha da müasirləşdirməyə kömək edəcəkdir. İnternetdə hələ təmsil olunmayan mədəniyyət müəssisələri və təşkilatları bu nəşrdə müasir saytın planlaşdırılmasına başlamağa kömək edəcək tövsiyələr və vasitələr tapacaqlar. Kitab nazirliyin bölgüsü əsasında bütün kitabxana və muzeylərə göndəriləcək.
   
   Lətifə Məmmədova,
   Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar