TÜRKSOY-un Ankaradakı baş ofisində İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) ölkələri milli kitabxanalarının Ankarada keçirilmiş 3-cü toplantısında iştirak edən nümayəndə heyətləri ilə görüş keçirilib. Türk dövlətləri, habelə İran və Pakistandan gəlmiş nümayəndələrin qatıldığı görüşdə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov da iştirak edib.
   Görüşdə çıxış edən TÜRKSOY-un baş direktoru Düsen Kaseinov bildirib ki, kitabxanalar hər bir toplumun maariflənməsində mühüm amildir: “Texnologiyanın inkişafı hər birimizin həyatında dəyişikliklər etsə də, kitabların yerini heç bir şey verə bilməz. TÜRKSOY türk dünyası ölkələrinin kitabxanalarının fəaliyyətinə, onların əməkdaşlığına dəstək verməyə hazırdır”.
   Görüşdən sonra milli kitabxanaların direktorlarına xatirə hədiyyələri təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar