“Mədəniyyət hər bir xalqı dünyada daha da çox tanıdan, onu təbliğ edən vasitələrdən biridir. Biz isə xoşbəxtik ki, xalqımızın belə zəngin mədəniyyəti, musiqisi, incəsənəti var və bunlar həm xalqımızın özünə mənəvi qida verir, həm də onu dünya xalqları içərisində fərqləndirir, tanıdır, ucaldır”.
   
   Ümummilli lider Heydər Əliyev
   
   Hər bir ölkənin tarixi, gücü, qüdrəti və gələcəyi xeyli dərəcədə onun mədəni irsi ilə müəyyən olunur. Hər bir insan əvvəlki nəsillərin mədəni dəyərlərini öyrənmək və onların topladıqları təcrübədən istifadə edərək öz mədəniyyətini inkişaf etdirir. Azərbaycan Şərq və Qərb mədəni irsini birləşdirən, qədim tarixi və mədəni köklərə malik bir dövlətdir. Bu gün bizim əsas vəzifəmiz ulu əcdadlarımızdan miras qalan zəngin irsimizi qorumaqdan, inkişaf etdirməkdən və gələcək nəsillərə çatdırmaqdan ibarətdir.
   Azərbaycanda mədəniyyət sahəsinə diqqət və qayğı ümummilli lider Heydər Əliyevin fəaliyyətində mühüm yer tutmuşdur. Onun respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycan mədəniyyəti özünün intibah dövrünü yaşamağa başladı və bu gün böyük öndərin yolu Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
   Fərəhli haldır ki, ölkə başçısı milli-mədəni sərvətlərin qorunması və gələcək nəsillərə çatdırılmasına xüsusi önəm verir. Respublikanın artan iqtisadi potensialı əsasında mədəniyyət sahəsində mühüm işlər görülür. Prezident İlham Əliyevin bir müdrik kəlamı var: “Xalqımızı xalq kimi, millət kimi qoruyub saxlayan bizim ənənələrimiz olub, tariximiz olub, ədəbiyyatımız, ana dilimiz və mədəniyyətimiz olubdur. Mədəniyyət, ədəbiyyat, milli musiqi, ana dilimiz, tarixi keçmişimiz - biz bu sahələrə böyük diqqət göstərməliyik”.
   2012-ci il 21 dekabr tarixdə Milli Məclisdə qəbul olunan “Mədəniyyət haqqında” yeni Azərbaycan Respublikasının Qanunu Prezident İlham Əliyev tərəfindən imzalanaraq qüvvəyə minib. Dövlət başçısı 2013-cü il fevralın 15-də qanunun tətbiqi barədə fərman imzalayıb.
   Azərbaycan mədəniyyətinin gələcək inkişafı üçün bu qanunun qəbulu böyük əhəmiyyət kəsb edir. Mədəniyyətlə bağlı bütün terminlərin dəqiq təyini sənəddə öz əksini tapmışdır. Azərbaycan mədəniyyətinin dünyada təbliği, gənclərin vətənpərvər ruhda tərbiyə olunması, ölkənin mədəni irsinin qorunub saxlanması məsələlərinə böyük diqqət yetirilir. Yüksək səviyyədə hazırlanmış qanun ölkəmizin qanunvericilik aktına lazımi əlavələrin edilməsində əsas götürülə bilər.
   Yeni qanun gələcəkdə muzey işinin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Burada milli dəyərlərin qorunması, onların ölkədən çıxarılması, xaricdə nümayişi, suvenir məhsullarının istehsal qaydaları və s. müəyyən olunmuşdur. Bütün bunlar ölkəmizdə müasir dünya standartlarına cavab verən muzeylərin yaradılmasına da mühüm əsasdır.
   Azərbaycan İstiqlal Muzeyi fəaliyyətində əsas meyar kimi ulu öndər Heydər Əliyevin azərbaycançılıq, vətənpərvərlik və vətənə məhəbbət ideyalarının hərtərəfli təbliğini rəhbər tutmuşdur və daim bu yolda öz qüvvə və bacarığını əsirgəməyəcəkdir.
   
   Fəridə Şəmsi,
   Azərbaycan İstiqlal Muzeyinin direktoru






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar