Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağcabədi, İmişli, Saatlı və Qusar rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, 14 min əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağcabədi-Qaradolaq-Kəbirli, 41 min əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən İmişli-Qaravəlli-Mirili və 20 min əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Saatlı-Musalı-Məzrəli avtomobil yollarının əsaslı təmiri və bərpası üzrə hazırlıq işləri aparılır.
   Eyni zamanda Qusar rayonunun turizm və aqrar potensialından səmərəli istifadənin gücləndirilməsi məqsədi ilə 16 minə yaxın sakini olan 27 kəndi birləşdirən Samur-Həzrə yolu qısa müddətdə tikilərək istifadəyə verilib, bu işlərin davamı olaraq, dağlıq ərazilərdəki 7 yaşayış məntəqəsini birləşdirən 22 km-lik strateji əhəmiyyətli Həzrə-Zuxul avtomobil yolunun yenidən qurulmasına başlanılıb.
   Yuxarıda göstərilən tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Ağcabədi-Qaradolaq-Kəbirli, İmişli-Qaravəlli-Mirili, Saatlı-Musalı-Məzrəli və Həzrə-Zuxul avtomobil yollarının yenidən qurulması məqsədilə Ağcabədi, İmişli, Saatlı və Qusar Rayon İcra hakimiyyətlərinin hər birinə ilkin olaraq 1,5 milyon manat məbləğində vəsait ayrılıb.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar