Qızıl nə üçün çox baha olmalıdır? Harvard-Smitson Astrofizika Mərkəzinin alimləri indi bu sualın cavabını dəqiq bilirlər. Məlum olub ki, qızıl ulduzların çox nadir hallarda baş verən xüsusi tipli toqquşması nəticəsində meydana gəlib.
   
   Edo Berger başda olmaqla bir qrup astronomun fikrincə, kainatdakı bütün qızıl ehtiyatları ölü ulduzların çox böyük kütləli nüvələrinin toqquşması nəticəsində yaranıb. Bu, çox nadir və genişmiqyaslı hadisədir.
   Edo Bergerin fərziyyəsinə görə, Yer kürəsində qızılın az tapılmasının əsas səbəbi onun məhz bizim planetdə deyil, bütün kainatda az yayılması ilə bağlıdır. Məsələ ondadır ki, qızıl genişmiqyaslı kosmik fəlakətin qaynar mərkəzində yaranır və daha geniş yayılmış karbon, yaxud dəmirdən fərqli olaraq, ulduzun daxilində “adi qaydada” yarana bilməz.
   Alimlər Yer kürəsindən 3,9 milyard işıq ili məsafəsində yerləşən uzaq obyektin qamma parıltısını təhlil edərək bu qənaətə gəliblər. Belə güman etməyə əsas var ki, həmin toqquşma nəticəsində xeyli miqdarda ağır element, o cümlədən qızıl yaranıb. Alimlərin hesablamalarına görə, həmin qızılın miqdarı Ayın kütləsindən təxminən on dəfə çox olub. Lakin bu, neytron ulduzlar kimi nəhəng obyektlərin toqquşması hadisəsi üçün çox cüzidir.
   Astronomlar belə hesab edirlər ki, kosmosda mövcud olan bütün qızıl məhz bu cür toqquşmalarda meydana gəlib. Bu, o deməkdir ki, bütün kainatda qızılın miqdarı azdır və “universal möhkəm valyuta” anlayışı bizim düşündüyümüzdən daha geniş məna daşıyır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar