Dünyada danılmaz bir həqiqət var: öz dövləti olmayan xalqlar gec-tez başqa xalqlar içərisində əriyib yox olurlar. Azərbaycan xalqı isə min illərdir yaşayır və dünya durduqca yaşayacaq.
   
   Xalqımızın ağır, çətin günləri kimi, nailiyyətləri, qələbələri də çox olub. Ən böyük nailiyyət isə əldə etdiyimiz dövlət müstəqilliyidir. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və məsul işdir. Müstəqilliyi qoruyub saxlamaq üçün isə güclü ordu lazımdır.
   Bu gün Azərbaycan Respublikasının çox güclü ordusu var. Böyük öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bütün sahələrdə olduğu kimi, güclü ordu quruculuğunun da əsası qoyuldu.
   Ulu öndərin imzaladığı fərmanla 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordumuzun yarandığı gün - 26 İyun Silahlı Qüvvələr Günü elan edildi. Artıq 15-ci ildir ki, ölkəmizdə bu gün bayram kimi qeyd olunur. Biz inanırıq ki, Milli Ordumuz günü-gündən möhkəmlənərək Vətənimizin ərazi bütövlüyünü bərpa edəcəkdir. Fəxr edirik ki, Azərbaycan xalqının, millətinin keşiyində duracaq, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü qoruyacaq, dinc əhalinin təhlükəsizliyi uğrunda vuruşa biləcək xilaskar ordusu var. Bu ordu xalqımızın inam və güvənc mənbəyi, müstəqilliyimizin təminatçısı, Azərbaycanı zəfər yürüşlərində şanlı qələbələrə aparacaq sarsılmaz qüvvəsidir.
   Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin bir zalı bütünlüklə rayonumuzun qəhrəman övladlarına - Azərbaycan Milli Ordusunda qulluq edərkən şəhid olan həmyerlilərimizə həsr edilib. Burada həm də Böyük Vətən müharibəsi veteranları barəsində məlumat almaq olar. Muzeyin əməkdaşları gənc nəsli tariximizin bu səhifələri ilə tanış edərək onlarda hərbi vətənpərvərlik ruhu aşılayırlar.
   
   Tahirə Şəfiyeva,
   Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar