Fransanın Oloron şəhərində beynəlxalq foto-kulinariya festivalı keçirilib. Festivalda fotoqraf və aşpazlardan ibarət cütlüklər birinci yer uğrunda mübarizə aparıblar.
   Parisdə fəaliyyət göstərən “Azərbaycan evi”nin təşəbbüsü ilə ölkəmiz bu tədbirdə ilk dəfə təmsil olunub. Layihə rəhbərləri Mirvari Fətəliyeva və Jalə Babayeva bildiriblər ki, festivalın münsiflər heyəti yarışma üçün 100-ə yaxın cütlük arasından 18-ni seçib.
   İki gün davam edən festivalın əsas məqsədi müxtəlif mədəniyyətlərin mübadiləsi ilə yanaşı, yerli məhsulları tanıtmaqdır.
   Azərbaycan Fotoqraflar Birliyinin üzvü Etibar Cəfərov və Milli Kulinariya təşkilatının üzvü Ağa Aşurovdan ibarət cütlüyün təqdim etdikləri “Odlar yurdu” adlı fotoda aşpaz tərəfindən zəngin Azərbaycan mətbəxinin nümunələrindən olan plov od və buxarla təsvir edilib. Yanar od ölkəmizin Odlar yurdu olmasını, buxar isə Xəzər dənizini simvolizə edib.
   Müsabiqənin qalibi Yaponiya təmsilçiləri olub. İlk beş ölkə arasında yer alan Azərbaycan cütlüyünün təqdimatı münsiflər heyəti tərəfindən maraqla qarşılanıb.
   Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə həyata keçirilən bu layihə meriya və yerli təşkilatlarla sıx əlaqələr qurmağa imkan yaradıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar