Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan Respublikasının Milli Sərgisi keçiriləcək. Bu barədə razılıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ilin sentyabr ayında Özbəkistan Respublikasına rəsmi səfəri zamanı əldə edilib.
   Noyabrın 5-də Daşkənd şəhərində açılışı gözlənilən sərgi 4550 kvadrat metr sahəni əhatə edəcək. Tədbirdə Azərbaycan tərəfindən dövlət rəsmilərinin və 160-dan çox müəssisə və təşkilatın iştirakı nəzərdə tutulur.
   Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Sərgisi xarici ölkədə ilk dəfədir keçirilir. Sərgidə ölkəmizin sosial-iqtisadi inkişafını, sənaye, yanacaq, energetika, rabitə və informasiya texnologiyaları, nəqliyyat, aqrar, ekologiya, turizm, mədəniyyət, xalq sənətkarlığı, səhiyyə, təhsil, idman və digər sosial sahələrdə əldə edilmiş nailiyyətləri əks etdirən göstəricilər, eləcə də Azərbaycanda istehsal olunan 1700-ə yaxın çeşiddə müxtəlif məhsullar nümayiş olunacaq.
   Azərbaycan mənşəli məhsulların Orta Asiya bazarına ixracının genişləndirilməsinin təşviq olunması məqsədilə tədbir çərçivəsində sahibkarlar arasında ikitərəfli işgüzar görüşlərin keçirilməsi nəzərdə tutulur.
   Sərgi çərçivəsində həmçinin, bir sıra mədəni tədbirlərin keçirilməsi, iştirakçılara Azərbaycan haqqında müxtəlif çap materialları, jurnallar, broşürlər, disk və digər təşviqat materiallarının paylanması planlaşdırılır.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar