Oktyabrın 27-də Mərakeşin paytaxtı Rabatda Azərbaycan Mədəniyyət günlərinin rəsmi açılışı keçirilib. Açılış mərasimi Rabatın mərkəzi mədəniyyət sarayında baş tutub. Tədbirdə Mərakeş parlamentinin sədri, baş nazirin müavini, Azərbaycanın Rabatdakı səfiri və səfirliyin əməkdaşları, Mərakeşin mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
   Mərakeş və Azərbaycanın mədəniyyət nazirlərinin müavinləri Məhəmməd Kavadir və Ədalət Vəliyev mərasimdə açılış nitqi ilə çıxış edib, bu cür tədbirlərin iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynadığını vurğulayıblar.
   Daha sonra bədii hissə başlayıb. Tədbirə gələnlər dirijor Ağaverdi Paşayevin rəhbərliyi ilə Dövlət Xalq Çalğı Alətləri Orkestri, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupunun ifasında maraqlı konsert proqramı izləyiblər.
   Solistlərdən xanəndələr Qoçaq Əsgərov, Güllü Muradova, vokalçılar Ramil Qasımov, İnarə Babayeva, pianoçu Yeganə Axundova və skripkaçı Səlim Abbasovun ifası alqışlarla qarşılanıb.
   Qeyd edək ki, Mərakeşdə Azərbaycan Mədəniyyəti günləri oktyabrın 30-dək davam edəcək. Azərbaycan sənətçiləri Kasablanka, Fəs, Meknes şəhərlərində də konsert verəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar