Noyabrın 9-da - Dövlət Bayrağı Günündə prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Muzeyinin açılışında iştirak ediblər. Muzey Azərbaycan Prezidentinin sərəncamı ilə inşa olunmuş və bu il sentyabrın 1-də təntənəli açılış mərasimi keçirilmiş Dövlət Bayrağı Meydanında yaradılıb. Səkkizguşəli ulduz formasında yaradılmış muzey Dövlət Bayrağı Meydanında bayraq dirəyinin pyedestalının altında yerləşir.
Azərbaycanlı memar və dizaynerlərin layihələri əsasında qurulan və tərtibatında müasir dizayn texnologiyalarından istifadə olunan muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların bayraqları, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları və s. nümayiş olunur.
   Dünyada bu cür nadir muzeylərdən biri olan Dövlət Bayrağı Muzeyində, həmçinin “Ginnes dünya rekordları” təşkilatının Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikatı, müxtəlif kitablar, fotoşəkillər, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki səfirliyinin binası üzərində dalğalanmış bayraq da nümayiş olunur. Buradakı eksponatların çoxu ilk dəfə nümayiş etdirilir.
   Muzeylə tanışlıqdan sonra prezident İlham Əliyev Xatirə kitabına ürək sözlərini yazıb.
   Sonra dövlət başçısı Dövlət Bayrağı Meydanının ətrafında aparılan abadlıq-quruculuq işləri ilə tanış olub, tapşırıq və tövsiyələrini verib.
   * * *
   Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrın 9-da Heydər Əliyev Mərkəzində aparılan inşaat işlərinin gedişi ilə tanış olublar. Dövlət başçısı və xanımı Bakının Nərimanov rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa olunmuş məktəb kompleksinin açılışında da iştirak ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar