Noyabrın 15-dən 19-dək Keniyanın paytaxtı Nayrobidə UNESCO-nun Qeyri- Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 5-ci sessiyası keçiriləcək.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti sessiyada iştirak edəcək.
   Sessiyanın gedişində UNESCO-ya üzv olan ölkələr tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs reprezentativ siyahısına daxil olmaq üçün namizədlik fayllarının müzakirəsi nəzərdə tutulur. Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən verilən məlumata görə, sessiyada Azərbaycan xalçalarının da həmin siyahıya daxil edilməsi gözlənilir.
   Qeyd edək ki, UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil olunması üçün müraciət edilmiş obyektlər arasında Azərbaycan xalçası ilə yanaşı, Belçikada Alosta karnavalı, Pekin operası və Kaşanda (İran) xalça toxuma üzrə ənənəvi vərdişlər də var.
   Bundan əlavə, dörd mədəniyyət abidəsi - Çində ağacdan hazırlanmış yığma şrifti ilə mətbəə, conklarda su keçirməyən arakəsmələr tikilməsi üsulu, Meşrep bayramı mərasimi, Xorvatiyada orkanye nəğmələri də dünya qeyri-maddi irsinin siyahısına daxil edilmək üçün təqdim olunub. Hazırda bu siyahıya 77 ölkə tərəfindən təqdim olunmuş 106 mədəni abidənin adı daxil edilib.
   Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyaya uyğun olaraq, qədim dillər, xalq ənənələri, müxtəlif ritual və ayinlər, sənətkarlıq və şifahi xalq yaradıcılığı bu irsə aid edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar