Xalqımızı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirik!
Başa çatan 2014-cü il xalqımız və ölkəmiz üçün bir çox əlamətdar hadisələrlə zəngin oldu. Ölkə həyatının bütün sahələri kimi, mədəniyyət sahəsi və turizm sektoru daha bir inkişaf səhifəsini çevirdi. Respublikamızın hərtərəfli inkişafı, beynəlxalq nüfuzunun artması mədəniyyət layihələrində, turizm tədbirlərində də özünü göstərdi. 2015-ci ildə Azərbaycan daha möhtəşəm tədbirlərə, I Avropa Oyunlarına, mədəniyyətlərarası dialoq üzrə növbəti Dünya Forumuna, beynəlxalq festivallara ev sahibliyi edəcək.
Bu il qəzetimiz mədəni həyatımızın bir çox tədbirlərini, turizm sektorunun yeniliklərini dolğun şəkildə sizlərə çatdırmağa çalışdı. Dəyərli oxucularımızı, xalqımızı və xarici ölkələrdəki bütün soydaşlarımızı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirik! Arzu edirik ki, 2015-ci il hər kəsə cansağlığı, könül xoşluğu, yeni uğurlar və rifah gətirsin!